» » » Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

Avqustun 11-də abituriyentlərin qəbul olunduğu fakültələr açıqlanıb. Müsabiqədə 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ucarliyiq.biz Bizimyol.info-ya istinadla xəbər verir ki, ali məktəbə qəbul olunan abituriyentlər arasında ictimai-siyasi həyatda tanınan siyasətçilərin, jurnalistlərin övladları da var. 

İqtisadçı ekspert Qubad İbadoğlunun qızı Jalə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olub. Ekspert öz hisslərini sosial şəbəkədəki hesabında belə ifadə edib:

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

“Ailəmizi, qohumları, yaxınları, dostları sevindirdi. Həsrətlə gözlədiyi arzusuna çatdı. Hüquqşünas olmaq istəyini mənə 3-4 il bundan əvvəl bildirmişdi, arzusu siyasi məhbusların haqlarını müdafiə etmək idi. Mən də o zaman sən Universitetə qəbul olunanda ölkəmizdə siyasi məhbus qalmayacaq demişdim. O da gülərək bildirmişdi ki, 5 ildir ki, eyni söhbəti aparırsınız. O haqlı çıxdı”.

“Yeni Musavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovun oğlu da bu il ali məktəbə qəbul olanlar sırasındadır. Ə.Süleymanovun oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul olub. 

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

Mərhum şairimiz Akif Səmədin kiçik qızı Gülanay Məmmədova isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olub. Bu haqda mərhum şairin oğlu Ulucay Akif sosial şəbəkədəki hesabında yazıb. 

Aydınlar Partiyasının sədr müavini, xalq hərəkatının tanınmış simalarından olan Qorxmaz İbrahimlinin kiçik qızı Aytac Araz bu il Naxçıvan Dövlət Universitetinin Konservatoriya fakültəsinə daxil olub. Bu barədə Q.İbrahimli öz “Facebook” profilində yazıb:

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

“Gözəl qızım Aytac uzun müddət idi arzuladığı yerə bu il qəbul oldu. Qızlarımın üçü də öz arzuladıqları universitetdə oxuduqlarından məmnunam. Allah bütün övladları xoşbəxt eləsin, bizlər də şükür edək”. 

Qeyd edək ki, Q.İbrahimlinin böyük qızı Banu Araz Dövlət İqtisad Universitetini bitirib. Digər qızı Selcan isə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsidir.  

Tanımış jurnalist Gülnaz Qənbərlinin oğlu Mətin Türkiyədə Ardahan Dövlət Universitetinin Siyasət və Dövlət İdarəçiliyi fakültəsinə qəbul olub. 

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

Jurnalist Hafiz Babalının qızı isə Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları fakültəsinə (dövlət sifarişi) qəbul olub.

“Əmlak bazarı” jurnalının baş redaktoru Pərviz Rəhimoğlunun qızı Leyla da ali məktəbə qəbul olub:

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

“Nəticələr bizim ailəni də sevindirdi. Ailəmizin ilk beşiyi qızımız Leyla İqtisad Universitetinə qəbul olundu. Təbriklər qızım! Allah hər bir ailəyə qismət etsin!” 

Hərbi jurnalist, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun qızı Şamila Şamilqızı da ali məktəbə qəbul olanlar arasındadı. O, qızı ilə bağlı sosila şəbəkədə status paylaşıb:

Tanınmışların övladlarının qəbul olunduğu ali məktəblər

“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsində, pulsuz ali təhsil almaq nəsibim olacaq, Allah izn versə...” 


ucarliyiq.biz