» » » Ölkədə oğurluq halları artıb?

Ölkədə oğurluq halları artıb?

Ölkədə oğurluq halları artıb?

Ötən ilin müvafiq dövrü ilə müqayisədə oğurluq faktları mindən çoxdur.

Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2016-cı ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlilinə görə, hesabat dövründə mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 1140 (+37,5%; 4181-3041), dələduzluq cinayətləri 710 (+41,4%; 2427-1717), soyğunçuluq 24 (+16,7%;168-144), quldurluqla bağlı cinayətlər 12 (+ 14,0%; 98-86) fakt artıb.

Ucarliyiq.biz xəbər verir ki, nazirliyin müvafiq idarəsi oğurluqları bu ilin 6 ayı üçün 1140 göstərib və bu rəqəmin +37,5% olmaqla artdığını qeyd edib. Eyni zamanda, ötən ilin 6 ayı ilə müqayisədə  3041 oğurluq faktına qarşı 4181 fakt qeydə alınıb.

ucarliyiq.biz