» » » Hövsanda ekoloji fəlakət – NAZİRLİYİN AÇIQLAMASI

Hövsanda ekoloji fəlakət – NAZİRLİYİN AÇIQLAMASI

Hövsanda ekoloji fəlakət – NAZİRLİYİN AÇIQLAMASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Hövsan qəsəbəsində çirkab suların dənizə axıdılması ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.

Ucarliyiq.biz xəbər verir ki, nazirlikdən “Report”a verilən məlumata görə, araşdırma zamanı Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab suların birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsinə icrası məcburi olan “Məcburi göstəriş” verilib.