» » » Bakıda YPX motosikletinin iştirakı ilə qəza baş verib

Bakıda YPX motosikletinin iştirakı ilə qəza baş verib

Bakıda YPX motosikletinin iştirakı ilə qəza baş verib

Bakıda Yol Patrul Xidmətinin (YPX) motosikletinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Ucarliyiq.biz “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə xidmət aparan YPX-nin polis serjantı Samir Kərimovun idarə etdiyi “Yamaha” markalı motosiklet naməlum sürücü tərəfindən idarə edilən “Mercedes-Benz” markalı avtomobillə vurulub.

Sürücü avtomaşını tərk edərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalar aparılır.

ucarliyiq.biz