» » » Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb

İxtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.

Ucarliyiq.biz xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə birinci mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

ucarliyiq.biz