» » » Xızıda dəhşətli qəza, ölənlər var

Xızıda dəhşətli qəza, ölənlər var

Xızıda dəhşətli qəza, ölənlər var

“Hyundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ər və arvad ölüb.

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Ucarliyiq.biz–a verilən məlumata görə, avqustun 14-də saat 18 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Aysel Əliyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Cavid Əmirxanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Əliyeva hadisə yerində, sərnişini - həyat yoldaşı Elşən Əliyev isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

ucarliyiq.biz