» » » Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Dənizdə batan 15 yaşlı oğlanın meyiti tapılıb

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin “Kiçik bazar” ərazisində çimərkən batan şəxsin meyiti tapılıb.

Ucarliyiq.biz APA-ya İstinadən xəbər verir ki, batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ucarliyiq.biz