» » » Bu il Azərbaycanda 14 min 608 litr qan toplanıb

Bu il Azərbaycanda 14 min 608 litr qan toplanıb

Bu il Azərbaycanda 14 min 608 litr qan toplanıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2016-cı ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı (MQB) və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Ucarliyiq.biz-a verilən məlumata görə, aksiyalar Bakı ilə yanaşı, MQB-nin Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində keçirilib.

Ümumilikdə paytaxt və regionlarda keçirilən aksiyalarda 31148 nəfər donor iştirak edib.

Nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan toplanıb.

Həyata keçirilən aksiyalarda hər bir donorun sağlamlığı öncədən müəyyən olunur. Onlardan qan analizi götürülərək sağlamlıqları müəyyənləşdirilir.

Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

ucarliyiq.biz