» » » Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub

Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub

Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub

Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

Ucarliyiq.biz-ın Trend-ə istinadən məlumatına görə, dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Alov binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında qeydə alınıb. Hadisəyə mənzildəki paltaryuyan maşında baş verən qısa qapanmanın səbəb olduğu bildirilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə zamanı mənzil sahibi evdə olmayıb.