» » » Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO

Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO

Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO

Sevgi, pəhriz və sair xidmət və malların reklamları. Hər gün mobil telefon istifadəçilərinə çoxlu sayda belə mesaj gəlir. Hansı ki, bütün bunlar istifadəçinin istəyi olmadan edilir. 

Səhvən hansısa düyməni basdıqda isə bu nəyinki insanların əsəblərinə, həm də cibinə öz təsirini göstərir. Bezdirici mesajlar hətta Milli Məclis səviyyəsində belə müzakirə olunub. Bəs görəsən bu tip mesajlardan xilas olmağın yolu nədir?

Onlar mobil telefonlarına gələn bezdirici SMS-lərdən şikayətlənirlər. Telefonlara gələn mesajlarda müəyyən mal və xidmətlərin reklamı ilə yanaşı sevgi mesajlarına abunə ol kimi SMS-lər də kifayət qədər çox olur.

Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirir ki, vətəndaşlar mobil operatorlarla müqavilə imzalayarakən daha diqqətli olmalıdırlar. Çünki, həmin müqavilədə mobil operatorlar reklam xarakterli smslərin göndərilməsi ilə bağlı məlumatları qeyd edirlər.

Ekspertlər isə qeyd edirlər ki, belə mesajlar xüsusi şirkətlər vasitəsi ilə göndərilir. Yəni, həmin şirkətlər mobil operatorlarla müqavilə imzalayaraq fəaliyyət göstərirlər. SMS-lərdən gələn gəlir isə şirkət arasında bərabər bölünür.

Müqavilədə reklam xarakterli mesajların göndərilməsi ilə bağlı bənd yoxdursa və mesajlar göndərilirsə vətəndaş haqqlarını hüquqi müstəvidə təmin edə bilər. Diqqət çəkən bir məqamda göndərilən mesajlarda istifadəçinin yaşı kimi məsələlərin nəzərə alınmamasıdır.

Ucarliyiq.biz mövzu ilə bağlı “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edir: