» » » Bakıda zəncirvarı qəza: Yaralı var

Bakıda zəncirvarı qəza: Yaralı var

Bakıda zəncirvarı qəza: Yaralı var

Bakıda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz APA-ya istinadən bildirir ki, bu gün saat 08 radələrində Səbail rayonu Yeni Salyan şosesi 22 ünvanında, “Jurnalistlər binası”nın qarşısında 99-CD-653 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 99-AX-596 dövlət nömrə nişanlı, “Chevrolet” markalı və “Nissan” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Nissan”ın sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.   

Hadisə yerinə yol polisi gəlib. Araşdırmalar aparılır.