» » » Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qaxda 25 yaşlı gənc özünü nar ağacından asıb

Qax rayonunda 25 yaşlı gənc intihar edib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon mərkəzində baş verib. 

Belə ki, rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədli kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında özünü nar ağacından asıb. 

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.  

Məlumata görə, Ş.Məmmədli ailəlidir.