» » » “ASAN xidmət” 2 gün işləməyəcək

“ASAN xidmət” 2 gün işləməyəcək

“ASAN xidmət” 2 gün işləməyəcək

Qurban bayramı ilə əlaqədar.

Sentyabrın 24-25-də Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək. 

Bu barədə “ASAN xidmət”dən ucarliyiq.biz-a bildirilib. 

“Şənbə və bazar günləri isə (26-27 sentyabr) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər” - deyə, dövlət agentliyindən qeyd olunub. 

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.