» » » Oleq Qazmanov Litva aeroportunda saxlanılıb

Oleq Qazmanov Litva aeroportunda saxlanılıb

Oleq Qazmanov Litva aeroportunda saxlanılıb

Rusiyalı müğənni Oleq Qazmanov Şengen zonasının bütün ölkələrinə girişə icazə verən vizasının olmasına baxmayaraq, Litva ərazisinə keçə bilməyib.   

Ucarliyiq.biz bu barədə “Delfi” internet-nəşrinə istinadən xəbər verir. 

Vilnüs aeroportunda Oleq, ölkə ərazisini tərk edə bilməyəcəyini öyrənib – gömrükçülər onu sadəcə ölkədən buraxmırlar. 

“Mən Litvada Vilnüs aeroportundayam. Aİ qaydalarına görə, Şengen zonasında sərbəst keçidi təmin edən Şengen vizanın olmağına baxmayaraq, məni aeroportdan buraxmırlar”, - Qazmanov sosial şəbəkədəki səhifəsində bildirib. 

Latviya hakimiyyətinin ona qarşı açıq qərəzli münasibətinə baxmayaraq, Qazmanov ölkə sakinlərinin ona qarşı mehriban olduğu və rəğbət duyduğunu hiss edib. 

“Mən Litva xalqına qarşı daha çox rəğbət, hökumətə qarşı isə daha çox nifrət hiss etdim. Belə ki, onlar xalqı Rusiya mədəniyyətinin zərərli müdafiəsi şüarı altında bizi ayırmağa çalışırlar”, - müğənni bildirib. 

Xatırladaq ki, Qazmanov Valeriya və İosif Kobzon ilə Ukraynaya məxsus Krım yarımadasının işğalını açıq şəkildə dəstəklədikləri üçün 2014-cü ildən “qara siyahı”ya düşüb. “Novaya Volna” (“Yeni dalğa”) musiqi müsabiqəsinin yarandığı dövrdən əvəzsiz münsifi olan Valeriya müsabiqəyə gələ bilməmişdi. 

 
ucarliyiq.biz