» » » Bakıda bir gündə 4 nəfər qəzada öldü

Bakıda bir gündə 4 nəfər qəzada öldü

Bakıda bir gündə 4 nəfər qəzada öldü

Hadisə ilə bağlı araşdırma aparılır.

Avqustun 17-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Sultan Yusifzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobili maneəyə vurub. 

Ucarliyiq.biz-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə S.Yusifzadənin sərnişinləri - atası Nüsrətəli və anası Nəzakət xəstəxanaya yerləşdirilib. Nüsrətəli orada ölüb.  

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Avqustun 17-də saat 19 radələrində Binəqədi rayonunda Bakı şəhər sakini Ağarza Xudaverdili idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Ələsgər Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qaradağ rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 17-də saat 07 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Salyan rayon sakini Hüsaməddin İbrahimov idarə etdiyi “Peugeot” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini xəstəxanaya yerləşdirilib, H.İbrahimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avqustun 17-də saat 03 radələrində isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zaur Əsgərovun idarə etdiyi MAN markalı avtomobil toqquşub. Nəticədə müəyyən edilməmiş avtomobil yanıb, 25-30 yaşlı sürücü hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır. 

.
ucarliyiq.biz