» » » Mərkəzi küçələr iki günlük bağlanır

Mərkəzi küçələr iki günlük bağlanır

Mərkəzi küçələr iki günlük bağlanır

“Bakı” adlı müasir filmin çəkilişlərinə başlanması ilə əlaqədar avqustun 20-dən paytaxtın bır sıra yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər olacaq. 

Bu barədə Ucarliyiq.biz-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, avqustun 20-də qısa müddətə Qoşa Qala qapısı yanından Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinədək olan hissəyə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən “Beşmərtəbə” adlanan əraziyə tərəf yönəldiləcək.

Avqustun 21-də isə Neftçilər prospektinin Bayraq meydanından Azadlıq meydanınadək olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq nəqliyyat vasitələri Bayraq meydanından Bayıl və 20-ci Sahə istiqamətinə, həmçinin Səbail rayonu Yanğından Mühafizə Hissəsinin inzibati binasının qarşısından Bayıl qəsəbəsinə daxili yollara yönəldiləcək:

“Bundan əlavə, Bülbül prospekti ilə Neftçilər prospekti istiqamətində hərəkət edənlər üçün Zərifə Əliyeva küçəsi ilə kəsişmədən sola, həmçinin Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsindən Rəsul Rza küçəsi istiqamətində hərəkətə məhdudiyyət qoyulacaq.

Bakı Şəhər Yol Polisi İdarəsi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, filmin çəkilişləri tam başa çatanadək qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alıb alternativ yollarla hərəkət etsinlər”.

.
ucarliyiq.biz