» » » Azərbaycanlı ildə 1,4 litr spirtli içki içir

Azərbaycanlı ildə 1,4 litr spirtli içki içir

Azərbaycanlı ildə 1,4 litr spirtli içki içir

Ümumdünya Səhiyyə Təşkilatı hesabat dərc edib.

Azərbaycanda və Türkiyədə spirtli içkilərin istifadəsi orta hesabla bir nəfər üçün ildə təmiz spirt olaraq 1,4 litrdən ibarətdir.  

ucarliyiq.biz DW Rusiya xidmətinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avropalıların sağlıq durumu barədə hesabatında deyilir.

Hesabata əsasən, Almaniyada bu göstərici 11 litr, Belarusda 14,4 litrdən ibarətdir.

Hesabatda həmçinin qeyd edilir ki, Rusiya siqaret çəkmək üzrə digər Avropa ölkələrindən irəlidədir.

Siqaret çəkənlər arasında ikinci yerdə Gürcüstan, daha sonra isə Yunanıstan gəlir. Ən az Danimarka və İslandiyada siqaret çəkirlər, Almaniya siyahının ortasında yer alır.