» » » Apellyasiya Məhkəməsi ANS-in şikayətinə baxmayacaq

Apellyasiya Məhkəməsi ANS-in şikayətinə baxmayacaq

Apellyasiya Məhkəməsi ANS-in şikayətinə baxmayacaq

Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətini 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, şikayət ANS Müstəqil Yayım və Media Şirkətinin “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlıdır.

Xatırladaq ki, ANS məsələ ilə bağlı apellyasiya şikayəti verib, lakin məhkəmə işə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılmasını məqsədəuyğun hesab edib.

ucarliyiq.biz