» » » Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO

Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO

Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində avtomobil qəzası baş verib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, MAN markalı “90-JV-865” dövlət qeydiyyat nişanlı evakuator dönmə əməliyyatını yerinə yetirərkən üzərində olan tırtıllı traktor aşıb.

Hadisə şahidləri MAN-ın yüksək sürətlə dönmə manevri etdiyini, bu zaman traktorun tırtılının qırıldığını və nəticədə onun yerə düşdüyünü bildiriblər.

Qəza nəticəsində xəsarət alan olmasa da, yol təsərrüfatına ziyan dəyib. Həmçinin yol-hərəkəti nişanları yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub.

Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO

Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO

Bakıda traktoru daşıyan evakuator aşıb – FOTO