» » » Masazır sakini evində yanaraq ölüb

Masazır sakini evində yanaraq ölüb

Masazır sakini evində yanaraq ölüb

Gecə saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilidə yanğın olub.

Ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

A.S.
ucarliyiq.biz