» » » Bakıda Milli Qəhrəmana həsr olunmuş fotosərgi açılıb

Bakıda Milli Qəhrəmana həsr olunmuş fotosərgi açılıb

Bakıda Milli Qəhrəmana həsr olunmuş fotosərgi açılıb

Avqustun 19-da Nərimanov rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin anadan olmasının 50 illiyinə həsr olunmuş sərgi açılıb.

Ucarliyiq.biz AZƏRTAC-ə istinadla xəbər verir ki, sərgi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Tədbirdə çıxış edənlər Milli Qəhrəmanın keçdiyi ömür yolundan və öz vətəninə şərəflə xidmət etməsindən söz açıblar. Sonra Milli Qəhrəmanın döyüş yolunu əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

Sərginin keçirilməsində məqsəd zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Qeyd edək ki, Fazil Mehdiyev 1991-ci il sentyabrın 24-də Ağdamın Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Bakıda Milli Qəhrəmana həsr olunmuş fotosərgi açılıb

A.S.
ucarliyiq.biz