» » » Polis qəza törətdi, bir nəfər öldü – VİDEO

Polis qəza törətdi, bir nəfər öldü – VİDEO

Polis qəza törətdi, bir nəfər öldü – VİDEO

Ötən gecə Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Mazıx-Qəbizdərə avtomobil yolunda qeydə alınıb. 

Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Sərt “VAZ 2108” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil aşaraq yol səviyyəsindən 6-7 metr aşağıda fəaliyyət göstərən restoranın həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Musayev Nemət Hizbullah oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti yüngül olduğundan tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Qeyd edək ki, qəza törədən T.Sərt Zaqatala rayon Polis Şöbəsinin post patrul xidmətində çalışır. Faktla bağlı araşdırma aparılır.