» » » TQDK ali məktəblərdə boş qalan yerlərə qəbulla bağlı nəticələri açıqladı

TQDK ali məktəblərdə boş qalan yerlərə qəbulla bağlı nəticələri açıqladı

TQDK ali məktəblərdə boş qalan yerlərə qəbulla bağlı nəticələri açıqladı

Bu gün 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələri elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Ucarliyiq.biz-ə verilən məlumata görə,  abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 19124 abituriyent ixtisas seçimi edib.Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  553 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 6838 nəfər qəbul olub. Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

ucarliyiq.biz