» » » Araz çayında batan gəncin meyiti tapılıb

Araz çayında batan gəncin meyiti tapılıb

Araz çayında batan gəncin meyiti tapılıb

Bu gün Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi tapılıb.

Ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb.