» » » Cəlilabadda qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cəzalandı – VİDEO

Cəlilabadda qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cəzalandı – VİDEO

Cəlilabadda qanunsuz sərnişindaşıma ilə məşğul olanlar cəzalandı – VİDEO

Reydlər davam etdiriləcək.

Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Cəlilabad regional şöbəsinin əməkdaşları Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qanunsuz taksi fəaliyyəti, habelə müvafiq lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan avtomobillərin sürücülərinə qarşı reyd keçirib.

DANX-dan ucarliyiq.biz-a verilən məlumata görə, reyd zamanı xidmət əməkdaşlarının “saxla!” əmrinə tabe olmayan sürücülərlə yanaşı, onlara qarşı deyilən iradları qəbul etməyənlər də olub.

Müvafiq sənədləri və fərqlənmə nişanları olmayan sürücülər saxlanılaraq onlar barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançalarına aparılıb.

Yoxlamalar nəticəsində lisenziyasız fəaliyyət göstərərək, vergi ödəməkdən yayınan sürücülərə qarşı inzibati qaydada protokol tərtib edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı reydlər bundan sonra da müntəzəm davam etdiriləcək.