» » » Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı

Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı

Ali məktəblərin boş qalan plan yerlərinə qeydiyyat başladı

Abituriyentlər avqustun 22-dən 31-dək qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə Ucarliyiq.biz-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. 

Komissiyadan bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 22-dən 31-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar isə avqustun 22-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

.
ucarliyiq.biz