» » » Kürdə çirklənmə artıb

Kürdə çirklənmə artıb

Kürdə çirklənmə artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən Ucarliyiq.biz-ə verilən məlumata görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 61 m3/san azalaraq 48 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,5, Ağstafaçayda 3,6, Ağstafaçay su anbarında isə 3,4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2,7, I Şahsevəndə 2,5, Bəhramtəpədə isə 2,2 dəfə YVQH-ni keçib. 

.
ucarliyiq.biz