» » » Türkiyə təyyarələri Lənkərana uçacaq

Türkiyə təyyarələri Lənkərana uçacaq

Türkiyə təyyarələri Lənkərana uçacaq

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Türk Hava Yolları” (THY) şirkətinə Lənkəran şəhərinə aviareys açmaq üçün icazə verib.

Ucarliyiq.biz xəbər verir ki, THY müvafiq xahişlə bir neçə dəfə Administrasiyaya müraciət edib:

“Sonuncu belə müraciət yayın əvvəlində olub”.

İstanbuldan Lənkərana aviareysin açılması tarixinə gəlincə, Administrasiyadan qeyd ediblər ki, THY uçuşların başlama vaxtını özü seçəcək.

ucarliyiq.biz