» » » “28 Cinema”da Karyera Günü keçirildi

“28 Cinema”da Karyera Günü keçirildi

“28 Cinema”da Karyera Günü keçirildi

Kinoteatr bu addımla Azərbaycan gəncliyinin inkişafına öz kiçik töhfəsini vermiş olub.

Azərbaycanın premium kinoteatrı “28 Cinema” sentyabr ayının 22-də, “Təcrübə keçən” filminin dünya premyerasından iki gün öncədən nümayişini və Karyera Günü keçirib.

ucarliyiq.biz xəbər verir ki, Karyera günündə ölkənin iri şirkətlərindən olan “Nar”, “Bakcell”, “Turan Bank” və “PWC” gənclər ilə görüşüb, onların CV-lərin alıblar. Bu addımla “28 Cinema” hər zaman düşündüyü Azərbaycan gəncliyinin inkişafına öz kiçik tövhəsini vermiş olub.

Karyera Gününün sonunda tədbirə dəvət olunmuş qonaqlar, şirkət sahibləri, media nümayəndələri, bloggerlər “Təcrübə keçən” filmini izləyiblər. 

Film mövzu etibarilə iş, karyera və yeni işə düzələn təcrübəçi haqqında bəhs edir. Filmdə məşhur Hollivud ulduzları Robert De Niro və Enn Heteuey çəkilib.