» » » Rezidenturaya boş qalan yerlərə qəbul nəticələri açıqlanıb

Rezidenturaya boş qalan yerlərə qəbul nəticələri açıqlanıb

Rezidenturaya boş qalan yerlərə qəbul nəticələri açıqlanıb

 Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Ucarliyiq.biz-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəyən 2 namizəd ərizə ilə müraciət edib. Hər iki namizəd müsabiqədən keçib.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 24 və 25-də Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

ucarliyiq.biz