» » » Nabran çimərliyində inanılmaz hadisə

Nabran çimərliyində inanılmaz hadisə

Nabran çimərliyində inanılmaz hadisə

Dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarılıb.

Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Report”un Şimal bürosu məlumat verib.

Məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.

.
ucarliyiq.biz