» » » 26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Müsahibim Murad Məmmədov 1990-cı il yanvarın 14-də Bakı şəhərində anadan olub. Doğuşdan sümüklərindəki kalsium çatışmazlığı səbəbi ilə on beş ilə qədər yeriyə bilməyib. Lakin 15 yaşında heç bir tibbi müdaxilə olmadan, öz iradəsi ilə məşq və cəhd edərək əsanın köməkliyi ilə gəzməyə başlayıb.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

2010-cu ildən “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzində əlillik sahəsi üzrə ekspert, motivasiya və özünü inkişaf üzrə baş təlimçi və motivatordur.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

BMT-nin ölkə üzrə gənclərdən ibarət Məşvərət Şurasının üzvüdür. Aktiv şəkildə bloqqerlik fəaliyyəti göstərməklə yanaşı, tez-tez motivasiya seminarları ilə çıxış edir.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Hazırda bankların birində satış kanallarının idarə edilməsi departamentinin məlumat mərkəzi şöbəsində ekspert kimi çalışır.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Onun bu yaxınlarda “Uğurun xəritəsi” adlı kitabı çapdan çıxıb. Bununla əlaqədar həmin gənclə görüşməyə, təsirli həyat hekayəsi ilə daha yaxından tanış olmağa və oxuculara ərsəyə gətirdiyi kitabla bağlı məlumat verməyə qərar verdik.

Ucarliyiq.biz Murad Məmmədovla müsahibəni təqdim edir:

- Uşaqlıq illərinizin çox çətin keçdiyini öyrəndim. Yaşadıqlarınıza rəğmən yeni həyata başlamaq, iş həyatına atılmaq üçün özünüzdə necə güc tapa bildiniz?

- Uşaqlığımda gəzə bilmədiyim üçün məktəbə gedə bilmədim. Altı yaşımdan sonra atam vəfat etdi, anam işləməyə başladı və mən nənəmin yanına köçüb orada yaşamalı oldum. Bu səbəbdən yanıma müəllimin gəlməsi də mümkün olmadı. Mən sadəcə xalam oğlunun birinci, ikinci sinfə dair dərs vəsaitləri vasitəsilə xalamın sayəsində yazıb-oxumağı öyrəndim.

Sadəcə yarıya qədər... Bundan sonra isə hər şeyi həyat məktəbindən və özümü inkişaf etdirmək üçün istifadə etdiyim vasitələrdən əldə etdim.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Çox insan tanıyıram ki, çalışmaq və fəaliyyət göstərmək, istədikləri sahədə təhsil ala bilmədikləri üçün öz üzərlərində çalışmaqdan, özlərini inkişaf etdirməkdən vaz keçirlər. Ya oturub nə zamansa bu sahədə təhsil ala biləcəkləri günü, ya da bir möcüzənin baş verəcəyini gözləyirlər. Bu, yanlışdır! Heç bir möcüzə baş verməyəcək, çünkü möcüzə siz özünüzsünüz. Siz dünyaya gəlmisiniz və sizə şüur verilib. Bu möcüzə kifayət edir ki, ömrünüzün qalan hissəsini qarşılaşdığınız və qarşılaşacağınız maneələrdən asılı olmayaraq istədiyiniz kimi qurasınız.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

 - “Uğurun xəritəsi”ni ərsəyə gətirməyiniz, yəqin ki, məhz bu səbəblərdən qaynaqlanır?

- Bəli, doğrudur. Kitabı 2015-ci ilin oktyabr ayında yazmağa başladım. 2016-cı ilin mart ayında başa çatdırdım. Kitabı yazmaqda məqsədim insanlara, xüsusən də gənclərə nə dərəcədə güclü bir varlıq olmaqlarını xatırlatmaqdır. İnsan zaman-zaman yaşadıqları çətinliklərdən, problemlərdən dolayı sahib olduğu bu gücü unudur.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Bütün çətinliklərə baxmayaraq, uğur qazanmağın mümkünlüyündən bəhs edən, həyatda sınaqdan keçirərək tətbiq etdiyim üsulları kitab halında ərsəyə gətirməyə qərar verdim.

- Səhhətinizdəki problemlərə görə arzularınıza çatmağa mane olanlar çox olurdu? Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, bu cür halların baş verməsi heç də təəccüblü deyil.

 - Bəzən nəsə etmək istəyirik. Bunu edə biləcəyimizə özümüzün şübhələndiyimiz bir zamanda, bu azmış kimi, ətrafdakı şəxslərdən də “bu, sənlik deyil”, “alınmayacaq”, “özünü əbəs yerə yorma” kimi bizi demotivasiya edən şərhlər alırıq.

26 yaşlı əlil gəncin “Uğur xəritəsi” – FOTO

Bu hallarda ən doğru olanı, o şərhləri ikinci dərəcli hesab edərək, birinci növbədə cəhd etməkdir. Cəhdlər ətrafda və beyində olan bütün sual işarələrinin cavabıdır. Etdiyiniz hər bir cəhd sizin həyatınızı dəyişə bilər.


ucarliyiq.biz