» » » Bakıda 14 yaşlı oğlan dənizdə batıb

Bakıda 14 yaşlı oğlan dənizdə batıb

Bakıda 14 yaşlı oğlan dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucarliyiq.biz FHN-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.