» » » Bir gündə 4 nəfər suda boğularaq ölüb

Bir gündə 4 nəfər suda boğularaq ölüb

Bir gündə 4 nəfər suda boğularaq ölüb

Ölənlərdən 2-si Bakıda, digər 2 nəfər isə Qubada boğulub.

Ötən gün ölkə çimərliklərində ən azı 4 nəfərin boğulduğu bildirilir.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, ölənlərdən 2-si Bakıda, digər 2 nəfər isə Qubada boğulub.

Belə ki, avqustun 24-də Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 20-25 yaşlı kişi və Bakı şəhər sakini Məmmədəli Tağızadə suda boğulub.

Avqustun 23-də isə Quba rayon sakinləri Elmar Ömərov və Roman Nəcəfov Xaçmaz rayonunun Müqtədir kəndindəki dəniz çimərliyində boğulub.

Faktlarla bağlı araşdırma aparılır.

ucarliyiq.biz