» » » Sərxoş sürücülərə görə 37 nəfər zərər çəkib

Sərxoş sürücülərə görə 37 nəfər zərər çəkib

Sərxoş sürücülərə görə 37 nəfər zərər çəkib

Cari ilin ilk 6 ayında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib.

Ucarliyiq.biz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, belə hadisələrin 87%-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6% çox inzibati xəta aşkarlanıb.

Xətaların 51,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7%-i dayanma və ya durma qaydalarının pozulması, 5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,4%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,3%-i yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. 

Qaydaların pozulmasına görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.


ucarliyiq.biz