» » » Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

Nabran ərazisində çoxlu sayda məişət tullantıları aşkarlanıb.

Ucarliyiq.biz xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının meşə ərazilərinə atılması ilə bağlı məlumat daxil olub.

Aparılan araşdırma zamanı Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən həmin istiqamətdəki “Kardinal” istirahət mərkəzinin yaxınlığında məişət tullantılarının atıldığı və qalaqlandığı aşkar edilib. 

Kənd ərazisində, istirahət mərkəzi yaxınlığında tullantıların idarə olunmamasına görə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovun İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunması barədə inzibati icraata başlanıb, nöqsanların aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Lakin araşdırma müddətində meşə ərazilərinə tullantıların kimlər tərəfindən atıldığını müəyyən etmək mümkün olmayıb.

Nazirlik əməkdaşlarının bununla bağlı şikayətçilərə və bələdiyyə sədrinə ünvanladığı suallar birmənalı olaraq cavablandırılıb:

“Bu tullantılar meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə pərakəndə şəkildə meşələrdə qalaraq çadır qurub istirahət edənlərin zir-zibilləridir”. 

Kənd sakinləri bildiriblər ki, belələri bütün il boyu yaxınlıqdakı meşələri tapdaq altında qoyub zibilxanaya çevirirlər: 

“İnanın ki, onların məişət və bioloji tullantılarının üfunətindən meşəyə girmək mümkün deyil”.

Yaranmış mövcud vəziyyətin təkrarlanmaması məqsədilə ETSN tərəfindən Xaçmaz rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis bölməsinə qanunamüvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət olunub.

Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

Nabranda “zibilliyə” görə bələdiyyə sədri cəzalandı – FOTO

.
ucarliyiq.biz