» » » Bu gecə “SHACMAN” yük avtomobili yanıb

Bu gecə “SHACMAN” yük avtomobili yanıb

Bu gecə “SHACMAN” yük avtomobili yanıb

Bakı-Quba yolunda yük maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucarliyiq.biz–a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 42-ci kilometrliyində baş verib.

Verilən məlumata görə, vətəndaşa məxsus “SHACMAN” markalı yük avtomobilinin 8 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ucarliyiq.biz