» » » Türklərin azərbaycanlı gəlin və kürəkənləri

Türklərin azərbaycanlı gəlin və kürəkənləri

Türklərin azərbaycanlı gəlin və kürəkənləri

Türkiyədə əcnəbi gəlinlər və əcnəbi kürəkənlərlə bağlı maraqlı statistika açıqlanıb.

Ucarliyiq.biz Modern.az-a istinadən saytı xəbər verir ki, Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə əcnəbi kürəkənlərin və əcnəbi gəlinlərin sayı əvvəlki illərlə nisbətdə 10.4 faiz artıb.

Türk ailələrində əcnəbi gəlinlərin sayına görə suriyalı xanımlar, əcnəbi kürəkənlərin sayına görə isə alman kişilər ilk sırada gəlir.

Rəsmi məlumata görə, ilk dəfədir ki, Türkiyədə əcnəbi gəlinlərlə bağlı statistikada suriyalı gəlinlər önə çıxır. Bu vaxtadək həmişə ön sırada almaniyalı gəlinlər olub.

2015-ci ilin statistikasına görə, türk ailələrinin suriyalı gəlinləri 3569 nəfərlə (19 faiz) ilk sırada, alman gəlinləri isə 2695 nəfərlə (14,3 faiz) ikinci sırada qırarlaşıb.

Üçüncü sırada gələn əcnəbi gəlinlərin kimliyi bizim üçün daha maraqlıdır. Söhbət azərbaycanlı gəlinlərdən gedir. 2015-ci ilin statistikasına görə, türkiyəli kişilərlə evlənən azərbaycanlı gəlinlərin sayı 1653 nəfərə (8,8 faiz) çatıb.

Digər əcnəbi gəlinlərin sayı və faizi isə belədir:

- Rus gəlinlər 1522 nəfər (8,1 faiz), ukraynalı gəlinlər 1126 nəfər (6 faiz), özbək gəlinlər 679 nəfər (3,6 faiz), gürcü gəlinlər 638 nəfər (3,4 faiz), bolqar gəlinlər 624 nəfər (3,3 faiz), qırğız gəlinlər 499 nəfər (2,7 faiz), qazax gəlinlər 463 nəfər (2,5 faiz), avstriyalı gəlinlər 463 nəfər (2,3 faiz), türkmənistanlı gəlinlər 358 nəfər (1,9 faiz), moldovalı gəlinlər 342 nəfər (1,8 faiz), mərakeşli gəlinlər 327 nəfər (1,7 faiz), digərləri 3883 nəfər (20,6 faiz)

Türk qızlarının evləndiyi əcnəbi kişilərə gəldikdə, yuxarıda qeyd edildiyi kimi, alman kürəkənlər liderdirlər (1368 nəfər – 38,4 faiz). İkinci sırada türklərin avtriyalı kürəkənləri (282 nəfər – 7,9 faiz), üçüncü sırada suriyalı kürəkənləri (241 nəfər – 6,8 faiz) gəlir.

Türk ailələrinin qızlarını verdikləri “yabanşı damat”ların siyahısında 4-cü gələnlər ingilis kürəkənlər (142 nəfər - 4 faiz), 5-cilər isə amerikalı kürəkənlərdir (106 nəfər - 3 faiz). Hollandiyalı kürəkənlər (102 nəfər - 2,9 faiz) sonrakı pillədə qərarlaşıb.

Azərbaycanlı kürəkənlər (85 nəfər - 2,4 faiz) siyahıda 7-ci yerdə gəlirlər.

Digər əcnəbi kürəkənlərin sayı və faizi isə belədir:

- Əfqanıstanlı kürəkənlər 85 nəfər (2,4 faiz), kiprli kürəkənlər 78 nəfər (2,2 faiz), iranlı kürəkənlər 72 nəfər (2 faiz), iraqlı kürəkənlər 72 nəfər (2 faiz), fransız kürəkənlər 71 nəfər (2 faiz), italyan kürəkənlər 70 nəfər (2 faiz), digər kürəkənlər 792 nəfər (22,2 faiz).