» » » Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb

Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb

Ali məktəblərdə 16 faizdən çox yer boş qalıb

2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul planı (II mərhələdən sonra) 83,31% dolub.

Ucarliyiq.biz-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb.

Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,  Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.

Z.C

ucarliyiq.biz