» » » Bakının mərkəzində 12 yaşlı uşağın meyiti tapılıb

Bakının mərkəzində 12 yaşlı uşağın meyiti tapılıb

Bakının mərkəzində 12 yaşlı uşağın meyiti tapılıb

Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

Ucarliyiq.biz xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə M.Cəlal küçəsi, ev 205-in qarşısında qeydə alınıb.

Həmin ünvanda Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.

12 yaşlı dilənçinin ölüm səbəbini müəyyənləşdirmək üçün meyiti ekspertizaya göndərilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Lent.az-a verilən məlumata görə, laborator müayinələr üçün meyitdən zəruri bio-materiallar götürülüb və şöbələrə göndərilib. 

İlkin şübhəyə görə, 12 yaşlı uşağın ölümünə səbəb zəhərlənmə olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

.
ucarliyiq.biz