» » » “Azadlıq” qəzetinin nəşri borca görə dayandırıldı

“Azadlıq” qəzetinin nəşri borca görə dayandırıldı

“Azadlıq” qəzetinin nəşri borca görə dayandırıldı

“Azadlıq” qəzetinin nəşri maliyyə problemləri ilə bağlı bu gündən dayandırılıb.

Ucarliyiq.biz Haqqin saytına istinadən xəbər verir ki, bu barədə məlumatı “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev verib.

Xatırladaq ki, “Azadlıq” Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanıdır.

Rahim Hacıyev etiraf edib ki, qəzetin maliyyə problemləri həqiqətən də kəskin pisləşib:

“Bu səbəbdən “Azərbaycan” nəşriyyatına borcumuz yaranıb. Qəzetin çapı sual altındadır. Çünki maliyyə durumumuz hədsiz dərəcədə gərgindir”.

ucarliyiq.biz