» » » Əlil uşaqlar da adi qaydada dərsə gedəcək

Əlil uşaqlar da adi qaydada dərsə gedəcək

Əlil uşaqlar da adi qaydada dərsə gedəcək

Təhsil Nazirliyi yeni layihənin tətbiqinə başlayır.

Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “İbtidai təhsil pilləsində inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb.

Oxu. Az xəbər verir ki, layihə çərçivəsində Xətai rayonundakı 138 nömrəli tam orta məktəb, Nizami rayonundakı 220 nömrəli məktəb-lisey, Nərimanov rayonundakı 202 nömrəli məktəb-lisey və Sabunçu rayonundakı 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan birinci sinfə cəlb ediləcək:

“Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust – 2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi inklüziv təhsil üzrə təlim təşkil edir.

Təlim Bakı şəhərinin Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir”.

ucarliyiq.biz