» » » Aytən Səfərovanın yeni verilişi bəlli oldu

Aytən Səfərovanın yeni verilişi bəlli oldu

Aytən Səfərovanın yeni verilişi bəlli oldu

ANS telekanalındakı fəaliyyətinə son qoyduqdan sonra ATV-yə keçən Aytən Səfərovanın yeni işi bəlli olub. 

Oxu Az axşam.az-a istinadən xəbər verir ki, A.Səfərova 106.3 FM-də fəaliyyətə başlayıb. O, səhər yayımlanan “Boomerang” verilişinə aparıcılıq edəcək. Proqramı onunla birlikdə Raqif Raufoğlu və Mətanət Əliverdiyeva da aparacaq. Proqram sentyabrdan yayımlanacaq.

Qeyd edək ki, “Boomerang”ı bundan əvvəl R.Raufoğlu ilə yanaşı, Elvira İsmayılova da aparırdı. E.İsmayılova sentyabrdan 106 FM-də fəaliyyətini davam etdirəcək.

ucarliyiq.biz