» » » Axtarışda olan cinayətkarların və itkin düşənlərin sayı açıqlanıb

Axtarışda olan cinayətkarların və itkin düşənlərin sayı açıqlanıb

Axtarışda olan cinayətkarların və itkin düşənlərin sayı açıqlanıb

Azərbaycanda 2014-cü ildə 926 nəfər itkin düşmüş şəxs qeydə alınıb ki, onlardan 142 nəfəri 14-18 yaş arası yeniyetmə və gənclər olub.

Ucarliyiq.biz-ın məlumatına görə, Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ildə axtarışda olan cinayətkarların sayı 3451 nəfər olub. 

Onlardan 18-i cəzaçəkmə müəssisələrindən qaçıb. İstintaq, təhqiqat və məhkəmələrdən yayınaların sayı 3415 nəfər olub. Axtarışda olan cinəyatkarların 38-i 14-18 yaşadək uşaqlardır. 

Dövlətin təhlükəsizliyi əleyhinə olan cinayətlərə yol verənlərdən 23 nəfəri də axtarışda olanlar arasındadır. Hərbi xidmətdən boyun qaçıranların 36-sı, hərbi xidmət əlehinə cinayət törədənlərin isə, 190 nəfəri axtarışdadır. Axtarışda olan şəxslər arasında isə ən çox dələduzlar (775 nəfər), və oğrulardır (332 nəfər).