» » » Gürcüstanda 150 azərbaycanlı xəstəxanalıq oldu

Gürcüstanda 150 azərbaycanlı xəstəxanalıq oldu

Gürcüstanda 150 azərbaycanlı xəstəxanalıq oldu

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 150-si zəhərlənib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 150-dək zəhərlənən xəstə yerləşdirilib. 

Gürcüstanın baş naziri Sadaxlıda zəhərlənən 150 azərbaycanlıya baş çəkib. O, zəhərlənmənin səbəbi ilə maraqlanıb. Baş nazirə məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək. 

“Biz insanları bu vəziyyətdən çıxaracağıq. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Yerli klinikalarda səfərbərlik elan olunub. Mən xəstələri ziyarət etdim. Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”, - deyə G.Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər. 

.
ucarliyiq.biz