» » » Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Bütün məscidlərində dualar oxunub.

Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

ucarliyiq.biz xəbər verir ki, Bakının ən böyük məscidində bayram namazı axund Hacı Əhməd Abbasovun imam-camaatlığı ilə qılınıb.

Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub. 

Xatırladaq ki, sentyabrın 24-25-də Azərbaycanda Qurban bayramı qeyd olunur.