» » » Azərbaycan ali məktəblərinin qəbul reytinqi – SİYAHI

Azərbaycan ali məktəblərinin qəbul reytinqi – SİYAHI

Azərbaycan ali məktəblərinin qəbul reytinqi – SİYAHI

2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da  plan yerləri tam dolmayıb.

Ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam (100 faiz), Azərbaycan Turizm və Menecment Univeristeti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub. 

Ən zəif göstərici “Odlar Yurdu” Universitetinə məxsusdur: 11,3 faiz.

Ucarliyiq.biz universitetlərə olan maraq baxımından onların reytinq siyahısını təqdim edir.

Qeyd edək ki, 2016/2017-ci tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41 736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34 771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 315 nəfər dövlət sifarişi əsasında, 22 456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub.



ALİ TƏHSİL MÜƏSSİSƏSİ


Plan


Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)


Qəbul-olma faizi


Azərbaycan bölməsi


Rus 
bölməsi


Bölmələr
üzrə cəmi


1


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası


775


711 (174)


64 (20)


775 (194)


100.00


2


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


360


220 (205)


140 (70)


360 (275)


100.00


3


Bakı Ali Neft Məktəbi


135


122 (121)


14 (14)


136 (135)


100.00


4


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası


44


44 (17)


0 (0)


44 (17)


100.00


5


Azərbaycan Turizm və Menecment Universiteti


470


426 (78)


41 (5)


467 (83)


99.36


6


Milli Aviasiya Akademiyası


360


238 (173)


117 (65)


355 (238)


98.61


7


Azərbaycan Tibb Universiteti


995


922 (432)


49 (18)


971 (450)


97.59


8


Azərbaycan Dövlət Pedaqoji Universiteti


3055


2823 (1324)


146 (25)


2969 (1349)


97.18


9


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti


2370


1869 (1263)


434 (212)


2303 (1475)


97.17


10


Azərbaycan Dillər Universiteti


1505


1266 (490)


192 (37)


1458 (527)


96.88


11


Azərbaycan Dövlət İqtisad Universiteti


3565


2773 (987)


668 (108)


3441 (1095)


96.52


12


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası


230


220 (0)


2 (0)


222 (0)


96.52


13


Naxçıvan Müəllimlər İnstitutu


305


290 (62)


0 (0)


290 (62)


95.08


14


Bakı Dövlət Universiteti


5085


4154 (2213)


644 (136)


4798 (2349)


94.36


15


Naxçıvan Dövlət Universiteti


1165


1085 (430)


0 (0)


1085 (430)


93.13


16


Azərbaycan Dövlət Rəssamlıq Akademiyası


455


329 (56)


86 (27)


415 (83)


91.21


17


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti


628


559 (113)


13 (0)


572 (113)


91.08


18


Lənkəran Dövlət Universiteti


860


774 (169)


0 (0)


774 (169)


90.00


19


"ADA" Universiteti


324


243 (0)


44 (0)


287 (0)


88.58


20


Bakı Slavyan Universiteti


986


699 (96)


169 (22)


868 (118)


88.03


21


Azərbaycan Texniki Universiteti


2145


1728 (659)


119 (28)


1847 (687)


86.11


22


Gəncə Dövlət Universiteti


1584


1330 (342)


30 (8)


1360 (350)


85.86


23


Azərbaycan Memarlıq və İnşaat Universiteti


1720


1324 (420)


145 (71)


1469 (491)


85.41


24


Azərbaycan Dövlət Dəniz Akademiyası


370


275 (115)


41 (4)


316 (119)


85.41


25


Azərbaycan Milli Konservatoriyası


155


122 (53)


7 (5)


129 (58)


83.23


26


Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə ş.)


1445


1067 (638)


108 (51)


1175 (689)


81.31


27


Mingəçevir Dövlət Universiteti


635


505 (45)


0 (0)


505 (45)


79.53


28


Sumqayıt Dövlət Universiteti


1890


1464 (105)


26 (0)


1490 (105)


78.84


29


Bakı İslam Universiteti


125


89 (0)


8 (0)


97 (0)


77.60


30


Bakı Qızlar Universiteti


350


262 (0)


0 (0)


262 (0)


74.86


31


"Qafqaz" Universiteti


1048


705 (390)


28 (15)


733 (405)


69.94


32


"Naxçıvan" Universiteti (Naxçıvan şəhəri)


345


218 (0)


0 (0)


218 (0)


63.19


33


Bakı Biznes Universiteti


600


356 (0)


1 (0)


357 (0)


59.50


34


Bakı Musiqi Akademiyası


178


70 (38)


31 (26)


101 (64)


56.74


35


Xəzər Universiteti


785


368 (110)


21 (6)


389 (116)


49.55


36


Bakı Avrasiya Universiteti


510


248 (0)


3 (0)


251 (0)


49.22


37


Azərbaycan Texnologiya Universiteti (Gəncə ş.)


975


414 (13)


33 (2)


447 (15)


45.85


38


"Azərbaycan" Universiteti


465


211 (0)


0 (0)


211 (0)


45.38


39


Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti


380


166 (0)


2 (0)


168 (0)


44.21


40


Bakı Xoreoqrafiya Akademiyası


159


57 (9)


4 (0)


61 (9)


38.36


41


Azərbaycan Kooperasiya Universiteti


1145


406 (0)


7 (0)


413 (0)


36.07


42


Qərb Universiteti


455


104 (0)


10 (0)


114 (0)


25.05


43


"Odlar Yurdu" Universiteti


600


66 (0)


2 (0)


68 (0)


11.33


 

CƏMİ


41736


31322 (11340)


3449 (975)


34771 (12315)


83.31


.
ucarliyiq.biz