» » » ANS TV-nin tanınmış aparıcısının yeni iş yeri bəlli oldu

ANS TV-nin tanınmış aparıcısının yeni iş yeri bəlli oldu

ANS TV-nin tanınmış aparıcısının yeni iş yeri bəlli oldu

ANS telekanalının tanınmış aparıcısı Rahil Sayadoğlunun yeni iş yeri müəyyənləşib.

Teleaparıcı bundan sonra Region TV-də fəaliyyətini davam etdirəcək. “Şəbəkə” verilişinin aparıcısı sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.

Oxu.Az bu barədə Ölkə.Az-a istinadla xəbər verir.
Xəbəri Region TV-nin sözçüsü İsmayıl Həsənov da təsdiqləyib.
O, Rahil Sayadoğlu ilə bir müddət öncə danışıqlara başladığını bildirib:
“Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq, razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq”.
Telekanal rəsmisi tanınmış aparıcının yeni layihəsi haqda ətraflı məlumat vermək istəməyib:
“Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq”.
İ.Həsənov “Başqa transferlər də olacaqmı?” sualını belə cavablandırıb:
“Televiziya yenilikləri sevən bir mühitdir. Hər bir telekanal heyətini peşəkarlarla zənginləşdirmək istəyir. Əlbəttə ki, biz də teleməkanın uğurlu sima və imzalarını kanalımızda görmək istəyirik. Zamanla bu yeniliklər barədə məlumatlar verəcəyik”.

ucarliyiq.biz