» » » Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb

“VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb. 

Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

ucarliyiq.biz