» » » İsmayıllıda qəza: İki ölü, üç yaralı

İsmayıllıda qəza: İki ölü, üç yaralı

İsmayıllıda qəza: İki ölü, üç yaralı

İsmayıllı rayonunda 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı avtomobil yolunda, İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında Qəbələdən Bakı istiqamətində hərəkətdə olan, Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı, “Ford” markalı mikroavtobusu qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanovun idarə etdiyi 12-HD-146 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı evakuator avtomobili ilə toqquşub.

Hadisə zamanı mikroavtobusun sərnişinləri - Qəbələ sakini, 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və Sumqayıt sakini, 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı hadisə yerində ölüb, Qəbələ sakini, 2006-cı il təvəllüdlü Paşayeva Həqiqət Vəfadar qızı, 2002-ci il təvəllüdlü İsmayılova Nuhalə Məsud qızı və evakuatorın sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

.
ucarliyiq.biz